Toplum

Müdafiə nazirinin müavinləri 6 nəfərə çatdı

Müdafiə nazirinin müavinləri 6 nəfərə çatdı
14Dekabr 202210:56

Azərbaycan Respublikasının müdafiə nazirinə yeni müavin təyin edilib.

Aqil Səlim oğlu Qurbanov Prezident İlham Əliyevin 09.12.2022-ci il tarixli sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub. 

Azlist.az-ın məlumatına görə, bu təyinatla müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müavinlərinin sayı 6-ya çatıb.

Onların siyahısını təqdim edirik:

General-polkovnik Kərim Vəliyev - 23.07.2021-ci il tarixdən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
 

General-leytenant Nizam Osmanov - 23.07.2021-ci il tarixdən müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

General-leytenant Ənvər Əfəndiyev - 23.07.2021-ci il tarixdən müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

General-polkovnik Kərəm Mustafayev - 14.05.2014-cü il tarixdən müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı vəzifəsinə təyin olunub.

General-leytenant Ramiz Tahirov - 14.05.2014-cü il tarixdən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, nazirliyin saytında daha bir yüksək post - müdafiə nazirinin müavini – şəxsi heyət baş idarəsinin rəisi vəzifəsi boş göstərilib.