Yazar

Türksayağı xarakiri

Türksayağı xarakiri
16Dekabr 202208:59

Qəzənfər Həmidoğlu

Hakimin Əkrəm İmamoğlu barəsindəki "axmaq" hökmü zahirən xarakiriyə bənzədi. Yəni, ədalət qarnını yırtdı və dünya gördü ki, içdən çölə nələr tökülür.

Amma təbii ki, bu, seppuku ritualı deyil, çünki samuray şərəfsiz yaşamamaq üçün ən dəhşətli suisidlə həyatına son qoyur. Türk ədalətini isə siyasi sifariş yarımcan etdi, hüquqa olan güvəni hələlik tam basdırmasa da, böyük sual altına saldı. Sıravi vətəndaş düşünəcək: ölkənin ən məşhur bələdiyyə başqanı, prezidentliyə bəlkə də ən iddialı namizəd olacaq tanınmış siyasətçi bu günə salınırsa, gör mənə nələr edərlər?!

Məhkəmənin həbs hökmünün Ərdoğana, yoxsa İmamoğuna yarayacağı və ya hər ikisi üçün tərs effekt verəcəyi barədə bir fikrim yoxdur. Və yaxud 25 il əvvəl Ərdoğanın İstanbulun bələdiyyə başqanlığından həbsə düşüb, ordan və Ərbakanın üzərindən Türkiyə siyasətinin Olimpinə yüksəlməsi qarantiya yaratmır ki, İmamoğlu da öz sələf-rəqibinin izi ilə gedə biləcək. Hər halda presedent o demək deyil ki, mütləq təkrarlanmalıdır. Baxmayaraq ki, tarix təkərrürü sevir...


XX əsrin bizim əsr, Türk əsri olacağından bəhs etməyi sevirik. Amma necə olacaq? Bu barədə baş sındırmağı sevmərik. Bildiyimiz budur ki, coğrafi anlamda qovuşsaq, sonrası Allah kərimdir, Turan öz-özünə peyda olacaq.

Bütün Türk aləmi gözünü dikib Türkiyəyə. Türkiyənin gözü isə prezident seçkisinə dikilib. Cümhuriyyətin 100-cü ilində siyasi ehtiraslar kəllə-çarxa dırmanacaq, Türkiyə cəmiyyəti və siyasəti seçkinin girovuna çevriləcək.

Şübhəsiz ki, qardaş ölkə hər əngələ rəğmən seçki sınağından çıxacaq. Amma siyasi iradə və xoş məram olmasa, "axmaq dava" Türkiyə siyasət və hüququnu yaralaya bilər.

Ümid edilir ki, yuxarı məhkəmələr aşağı instansiyanın qələtini düzəldəcək. Amma qələt hüquqi deyil, siyasidir. Ərdoğan İmamoğlunu içəridə görmək istəyir. O, içəridə, yoxsa çöldə risklidir? Kim bilir, amma ədalətin siyasi oyunlarda alət olması daha risklidir.

Həmişə belədir, təkbaşına hakimiyyətlərdə, axsayan demokratiyalarda bir gün "tormoz" tutmur, amma dayanmağı bacarmırlar, şütüyürlər...

Müəllifin digər yazıları

Putinin ağzını açması niyə onun əleyhinə işlədi...

Putinin ağzını açması niyə onun əleyhinə işlədi...

Qəzənfər Həmidoğlu Əsrin Karfageni mütləq dağıdılmalıdır!Putin gərək ağzını bərk-bərk yumsun və heç açmasın. Adam ağzını açdıqca özünü daha dibə batırır. Ötən çərşənbə axşamı günü Kremldə 18 hərbi müxbirlə keçirdiyi görüş bir daha Rusiya liderinin nə qədə

İrəliləyiş var, amma sülh görünmür...

İrəliləyiş var, amma sülh görünmür...

Qəzənfər Həmidoğlu

Vaşinqton və Brüssel görüşlərindən sonra növbə Moskvaya çatdı. Bayramov və Mirzoyanla görüşən Lavrov yada saldı ki, Rusiya da “işin içindədir”. Mayın 1-dən başlayan üçplatformalı danışıqlar prosesinə artıq ilkin yekun vurmaq olar:

Vaşinqton,
Qarabağdakı rusiyalı yekəbaşların qanmazlığı…

Qarabağdakı rusiyalı yekəbaşların qanmazlığı…

Qəzənfər Həmidoğlu Rusiya Müdafiə Nazirliyi Rusiya “sülhməramlı” kontingentinin (RSK) Qarabağdakı fəaliyyəti ilə bağlı rəsmi saytında yerləşdirdiyi informasiya bülletenlərində yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etmək praktikasından

Artıq bütün yollar Xankəndiyə APARIR

Artıq bütün yollar Xankəndiyə APARIR

Qəzənfər Həmidoğlu

Mayın 10-da İkinci Qarabağ savaşında Zəfərin 2,5 ili tamam olacaq. Bundan 2,5 il sonrasa Rusiya sülhməramı kontingentinin (RSK) Qarabağda “sülhməramlı” missiyası başa çatmalıdır. Mümkündür ki, geosiyasi situasiya RSK-nı buralardan daha tez itilib getməyə

Erməni mifi - “vesternizasiya”

Erməni mifi - “vesternizasiya”

Qəzənfər Həmidoğlu

Paşinyanın Baydenin Demokratiya sammitinin bəyannaməsinin Rusiya əleyhinə olan bəndinə - rus qoşunlarının Ukraynadan çıxarılması tələbinə qoşulmaması Ermənistan hökumətinin Qərbyönümlü siyasətinin, “vesternizasiya” (qərbləşmə) addımlarının deklara