Yazar

Erməni mifi - “vesternizasiya”

Erməni mifi - “vesternizasiya”
2Aprel 202312:29

Qəzənfər Həmidoğlu


Paşinyanın Baydenin Demokratiya sammitinin bəyannaməsinin Rusiya əleyhinə olan bəndinə - rus qoşunlarının Ukraynadan çıxarılması tələbinə qoşulmaması Ermənistan hökumətinin Qərbyönümlü siyasətinin, “vesternizasiya” (qərbləşmə) addımlarının deklarativ-manipulyativ gediş olduğunu göstərdi.

İrəvanın Qərb standart və dəyərlərinə qoşulması, məsələn, Putini hərbi cinayətkar elan edən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu imzalaması və yaxud xarici siyasət vektorunda geosiyasi dönüş edərək arxasını Moskvaya çevirməsi də illüstrativ manevrlərdir. Əsas hədəf bütün beynəlxalq arena və platformalarda Azərbaycanı maksimum təkləmək və tələyə salmaqdır. İllüziyadır - çətin ki, Roma Statutu, Domokratiya sammiti, Avropa Parlamentinin qətnaməsi və ya hansısa beynəlxalq məhkəmənin hökmü, məsələn, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin qoyulmasına əngəl olsun...

Amerikanın “erməni kokusu”, Avropadakı erməni lobbisi, Qərbdəki havadarları və erməni elitası “Qərbləşmə indeksi”nin (Westrernization index) 5 kateqoriyasının ( siyasi, iqtisadi, qanunvericilik, dil-mədəniyyət və həyat tərzi) göstəriciləri üzrə Ermənistanın postsovet məkanının liderləri sırasında olmasından danışmağı sevirlər. Amma Tehran-İrəvan yaxınlığına, Ermənistanın Rusiyanın hərbi-siyasi ittifaq və bloklarında iştirakına göz yumurlar. Yeri gəlmişkən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağından danışan Ermənistan srağagün KTMT-nin Birləşmiş Qərargahının təşkilatın “Döyüş qardaşlığı” adlı birgə operativ-strateji təlimlərinə hazırlıq üzrə qərargah danışıqlarında iştirak edib.

Qərbə yaxınlaşma ilə demokratikləşmənin fərqli dəyərlər olması, geosiyasi vektoru dəyişmək manevrləri ilə “praqmatik geosiyasi balanlaşdırma” fonunda iki məqama diqqəti cəlb edək:

Birincisi, Ermənistanın Moskvanın satelliti olub-olmaması Qərbdəki ermənipərəst dairələrin İrəvana münasibətini, erməni tutqusunu dəyişmir.

İkincisi, Ermənistanın Rusiyadan yaxın və ortamüddətli perspektivdə uzaqlaşacağı günümüzün mifidir. Ermənistan və Rusiyanın dövlətlərarası münasibətlərində hansısa problemlər ola bilər, amma 2-3 əsrlik erməni-rus bağları hələ də güclüdür. Erməni cəmiyyətinin böyük qismi Ukrayna müharibəsində Rusiyadan yanadır, ukraynalıları sevmirlər. Bu müharibəni Qarabağ kontekstində dəyərləndirirlər, Rusiyasız və ya zəifləmiş Rusiya ilə Qafqazda qalmağı ekzistensial təhdid sayırlar.

Paşinyan Baydenin sammitinə “qulp” qoymasına sənədin “bütün böhran və münaqişələri əhatə etməməsi”ni, Azərbaycanın “Ermənistan ərazisinə müdaxilə etməsi”ni bəhanə gətirib, ekspertlər isə bunu İrəvanın Putini qıcıqlandırmaqdan çəkinməsi ilə izah edirlər. Reallıqda Ermənistan cəmiyyəti, siyasəti və iqtisadiyyatı Rusiyadan uzaqlaşmağa, tam “vesternləşmə”yə - Qərbə doğru addımlarda böyük institutsional və liberal islahatlara hazır deyil.

Ermənistandakı indiki anti-Rusiya ovqatı prinsipcə uman yerdən küsmək, bir qədər də vassalın süzerenə şantajıdır. Avropadan nə qədər xoş siqnallar gəlsə də, diplomatik dəstək verilsə də, sabah işti-şayət Moskva Azərbaycana qarşı dursa və Ermənistanı yanına çağırsa, Paşinyan və erməniləri Qərbə tüpürüb Rusiyanın qucağına atılacaqlar, yenidən “rus-erməni qardaşlığı”ndan dəm vuracaqlar...

Müəllifin digər yazıları

Putinin ağzını açması niyə onun əleyhinə işlədi...

Putinin ağzını açması niyə onun əleyhinə işlədi...

Qəzənfər Həmidoğlu Əsrin Karfageni mütləq dağıdılmalıdır!Putin gərək ağzını bərk-bərk yumsun və heç açmasın. Adam ağzını açdıqca özünü daha dibə batırır. Ötən çərşənbə axşamı günü Kremldə 18 hərbi müxbirlə keçirdiyi görüş bir daha Rusiya liderinin nə qədə

İrəliləyiş var, amma sülh görünmür...

İrəliləyiş var, amma sülh görünmür...

Qəzənfər Həmidoğlu

Vaşinqton və Brüssel görüşlərindən sonra növbə Moskvaya çatdı. Bayramov və Mirzoyanla görüşən Lavrov yada saldı ki, Rusiya da “işin içindədir”. Mayın 1-dən başlayan üçplatformalı danışıqlar prosesinə artıq ilkin yekun vurmaq olar:

Vaşinqton,
Qarabağdakı rusiyalı yekəbaşların qanmazlığı…

Qarabağdakı rusiyalı yekəbaşların qanmazlığı…

Qəzənfər Həmidoğlu Rusiya Müdafiə Nazirliyi Rusiya “sülhməramlı” kontingentinin (RSK) Qarabağdakı fəaliyyəti ilə bağlı rəsmi saytında yerləşdirdiyi informasiya bülletenlərində yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etmək praktikasından

Artıq bütün yollar Xankəndiyə APARIR

Artıq bütün yollar Xankəndiyə APARIR

Qəzənfər Həmidoğlu

Mayın 10-da İkinci Qarabağ savaşında Zəfərin 2,5 ili tamam olacaq. Bundan 2,5 il sonrasa Rusiya sülhməramı kontingentinin (RSK) Qarabağda “sülhməramlı” missiyası başa çatmalıdır. Mümkündür ki, geosiyasi situasiya RSK-nı buralardan daha tez itilib getməyə

“Araz qırağında məzar istərəm”

“Araz qırağında məzar istərəm”

Qəzənfər Həmidoğlu Füzuli Azərbaycan, bütünlükdə türk bədii fikri, dili və ruhunun möhtəşəm zirvəsidir, böyük Sabir demişkən, “bənzər bir qocaman dağa ki, dəryada durar”. Bu nəhəngi mollakratiya, fars millətçiliyi heç sevmədi, əksinə nifrət etdi.

Prinsipcə əhl