Toplum

Argentina millisi dünya çempionu oldu

Argentina millisi dünya çempionu oldu
19Dekabr 202202:00

Futbol üzrə Argentina milli komandası Qətərdə keçirilən Dünya Çempionatında Fransa yığmasına qalib gələrək dünya çempionu tituluna sahib olub.

Azlist.az xəbər verir ki, Arghentina tarixində üçüncü dəfə dünya birincisi olub.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Qeyd edək ki, oyunda hesabı Lionel Messi açıb. O, matçın 23-cü dəqiqəsində Fransanın qapısına təyin olunan penaltini dəqiq yerinı yetirib. Matçın 36-cı dəqiqəsində isə Lionel Messinin ötürməsindən sonra Anxel Di Mariya Argentinanın ikinci qolunu vurub - 2:0. İlk hissə bu hesabla başa çatıb.

Fransa yığması matçın sonlarına doğru hesabı bərabərləşdirməyi bacarıb. Kilyan Mbappe matçın 80-ci dəqiqəsində rəqibin qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 2:1. Bu qoldan bir dəqiqə sonra səhnəyə yenidən Kilyan Mbappe çıxıb. Bu dəfə Markus Türamın ötürməsini dəqiq tamamlayan Fransa yığmasının ulduzu hesabı bərabərləşdirib. – 2:2.

Matçın qalibini, eyni zamanda, dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda tərəflər bir dəfə fərqləniblər – 3:3. Qolları matçın 109-cu dəqiqəsində argentinalı Lionel Messi, 118-ci dəqiqəsində Fransa millisinin üzvü Kilyan Mbappe vurublar. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən Argentina millisi dünya çempionatının qalibi adını qazanıb.

Komanda ilk dəfə 1978-ci ildə ildə dünya çempionluğunu bayram edib. 1986-cı ildə ikinci dəfə dünyanın ən güclü komandası olan Argentina Qətər mundialında da birincilik qazanmağı bacarıb.

Budəfəki dünya kuboku Argentina millisinin kapitanı Lionel Messiyə təqdim olunub.

Lionel Messi Dünya Çempionatının ən yaxşı futbolçusu seçilib. O, “Qızıl top” mükafatını alıb. Belə ki, Messi bu çempionatda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qətər mundialında Argentina millisi qrup mərhələsində Polşa, Meksika və Səudiyyə Ərəbistanını qabaqlamağı bacarıb. Pley-off mərhələsində Argentina komandası Avstraliya, Niderland və Xorvatiya seçmələrini məğlub edib. Finalda isə Fransa yığmasını məğlub edən Argentina dünya çempionu adını qazanıb.