Toplum

“Nəcməddin Sadıkov mühakimə olunmalıdır!” - Deputat tələb etdi

“Nəcməddin Sadıkov mühakimə olunmalıdır!” - Deputat tələb etdi
23Dekabr 202212:54

“Silahlı Qüvvələrin keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkov mühakimə edilməlidir”.

Azlist.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa bildirib.

"Tərtər işi"ndən danışan deputat general-polkovnik Nəcməddin Sadıkovun cəzalandırılmasını tələb edib.

“Deyilir ki, gedənin arxasından danışmaq olmaz, amma bu vacibdir. Günahsız yerə ölən zabit və əsgərlərimizin haqqını geri qaytarmalıyıq. Eyni zamanda, ordumuzun təmizlənməsi işləri də bizim üçün vacibdir və buna baxılmalıdır”,- deputat bildirib. 

"Tərtər işi" nəticəsində 10-dan çox hərbçi qətlə yetrilib, 2000-ə yaxın hərbçi ağır işgəncələrdən keçib, pis rəftara məruz qalıb, ləyaqətləri alçaldılıb.