Dünya

“Məni Putinin göstərişi ilə zəhərləyiblər” - Saakaşvili

“Məni Putinin göstərişi ilə zəhərləyiblər” - Saakaşvili
24Dekabr 202221:00

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə məktub yazıb.

Azliast.az xəbər verir ki, Saakaşvili məktubunda Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə zəhərləndiyini iddia edib.

“Putin həqiqətən məni həbsxanada öldürməyi əmr etdi. Amerikalı toksikoloqlar açıq şəkildə bildirdilər ki, mən həbsxanada zəhərlənmişəm və bu, bütün simptomlarıma səbəb olub. Mən dözməyə çalışıram”, - Saakaşvili yazıb.

130-dan çox keçmiş yüksək rütbəli siyasi və inzibati məmur Gürcüstan hakimiyyətini hazırda həbsdə olan ölkənin üçüncü prezidenti Mixail Saakaşvilini xaricə müalicəyə göndərməyə çağırıb.

Bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski də analoji çağırış edib.