Toplum
Prezident 2 gömrük generalını işdən çıxardı
Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Abdullayev vəzifəsindən azad edilib.
Azlist.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.
Przeident İlham Əliyevin digər sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədrinin daha bir müavini - İqbal Babayev də vəzifəsindən azad edilib.
İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.