Dünya

Əfsanəvi Pele öldü

Əfsanəvi Pele öldü
30Dekabr 202201:10

Əfsanəvi futbolçu, Braziliya millisinin sabiq üzvü, üçqat dünya çempionu Pele vəfat edib. 

Azlist.az xəbər verir ki, bu barədə “Assosiated Press” məlumat yayıb. 

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən 82 yaşlı Pelenin həyatını xilas etmək mümkün olmayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Xatırladaq ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 görüş keçirib, 77 qol vurub. Pele XX əsrin ən yaxşı futbolçusu elan edilib, eyni zamanda karyerası ərzində 1279 qolla Ginnesin rekordlar kitabına düşüb. 

Əfsanəvi futbolçu Braziliyanın "Santos", Amerikanın "Nyu-York Kosmos" komandalarının heyətində çıxış edib.