Ukrayna Putinin atəşkəs təklifini RƏDD ETDİ
Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs elan edib.
Azlist.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib.
Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
V.Putin bu addımı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin müraciətini nəzərə alaraq atıb.
Ancaq Ukrayna tərəfi Putinin təklifini rədd edib. Belə ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov “24 kanal”ın efirində deyib ki, Rusiya ilə “Milad atəşkəsi”nə dair heç bir danışıq aparmayacaqlar. İşğalçı dövlət Ukrayna ərazisini tərk etməlidir.
"Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə bir həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, - deyə Danilov bildirib.
O vurğulayıb ki, Ukrayna öz torpağında nəyi uyğun görsə, onu edəcək.