Dünya

Bəşər Əsəd zəlzələ bölgəsinə gedib

Bəşər Əsəd zəlzələ bölgəsinə gedib
10Fervral 202316:50

Suriya prezidenti Bəşər Əsəd ölkənin Hələb şəhərindəki dağıdıcı zəlzələnin baş verdiyi əraziyə gedib.

Azlist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin ofisi məlumat yayıb.

Qeyd edilib ki, Bəşər Əsəd xilasedicilərin yaralılar və ölənlərin axtarışı üçün dağıntıları təmizlədiyi yerə baş çəkib.

Bundan əvvəl Əsəd həyat yoldaşı Əsma ilə birlikdə Hələbdə zəlzələ qurbanlarının yerləşdirilyi xəstəxanaya getmişdi.

Xatırladaq ki, bazar ertəsi səhər Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib, güclü təkanlar Suriyada da hiss olunub.

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib.  

Türkiyədə isə ölənlərin sayı 19 minə çatır.