Toplum

Cəbrayılda kəndlər layihələndirilir - Prezidentin nümayəndəsi

Cəbrayılda kəndlər layihələndirilir - Prezidentin nümayəndəsi
18Fervral 202317:40

Cəbrayıl və Qubadlı rayonlarında kəndlərin layihələndirilməsinə başlanılıb. 

Azlist.az xəbər verir ki, bunu Prezidentin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. 

Onun sözlərinə görə, Cəbrayıl və Qubadlıda kəndlərin ilkin layihəsi formalaşdırılıb. Belə ki, hər rayonda ən azı 2 kəndin layihəsi hazırlanmalıdır: 

"Amma bu il daha çox kəndlərin layihələndirilməsi həyata keçiriləcək. Bütün bunlar mərhələli şəkildə olmalıdır. Tikinti işləri azı il yarım çəkəcək. Ümumilikdə bu ərazilərin tikintisi və sakinlərin köçürülməsi 2022-2026-cı il Dövlət Proqramı çərçivəsində reallaşacaq. Bu illər ərzində minlərlə insanın köçürülməsi planlaşdırılır".