Dünya
Türkiyədəki zəlzələdə ölü sayı sayı 43 mini keçdi
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 43 min 556 nəfərə yüksəlib.
Azlist.az xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.