Dünya

Ərdoğan rəsmən Nobel Sülh Mükafatına namizəd oldu

Ərdoğan rəsmən Nobel Sülh Mükafatına namizəd oldu
25Fervral 202320:32

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün vasitəçilik etdiyinə və “Taxıl dəhlizi” açmaqla beynəlxalq ərzaq böhranının qarşısını aldığına görə Nobel Sülh Mükafatına rəsmi namizəd olub.

Azlist.az xəbər verir ki, bu barədə Nobel İnstitutu məlumat yayıb.

Nobel İnstitutunun Sülh Mükafatı üçün rəsmi namizədlər sihahısına Ərdoğanla yanaşı, Ukrayna prezidenti Volodimir Zelenski, NATO-nun baş katibi Yens Stoltenberq, Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı kimi məşhur adlar da daxildir.

Nobel Sülh Mükafatının təqdimat mərasimi bu il dekabrın 10-da Norveçin paytaxtı Osloda keçiriləcək.

Nobel Sülh Mükafatına namizəd olan adların tam siyahısı 50 ildir ki, gizli saxlanılır. Bu səbəbdən də  beynəlxalq ictimaiyyət hazırkı 305 namizədin kimlər olduğunu bilmir.

Ötən il mükafatı Belarusdan olan hüquq müdafiəçisi Ales Bialiatski, Ukrayna insan haqları təşkilatı “Center for Civil Liberties” və Rusiya insan haqları təşkilatı “Memorial” birgə almışdı.