Dünya
Türkiyə müxalifəti prezidentliyə vahid namizədini elan etdi
Türkiyənin müxalif koalisiyası olan “6-lı masa” – “Millət İttifaqı” mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizədinin adını açıqlayıb.
Azlist.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə “6-lı masa”ya daxil olan “Səadət” Partiyasının sədri Temel Karamollaoğlu gərgin müzakirələrdən sonra bildirib.
O, seçkilərdə “Millət İttifaqı”nın vahid namizədinin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun olacağını qeyd edib.
Türkiyədə seçkilər mayın 14-də keçiriləcək.