Bakıda güllələnənlərin biri tələbədir - YENİLƏNİB
Bakının mərkəzində baş vermiş atışmada yaralanan iki nəfərdən biri tələbədir.
Azlist.az xəbər verir ki, silahlı insidentdə yaralanan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin Azərbaycan Tibb Universitetinin tələbəsi olduğu bildirilir.
Qeyd edək ki, Kliniki Tibbi Mərkəz atışmada yaralananların vəziyyətini açıqlayıb.
"Yaralananların hər ikisinin vəziyyəti orta-ağırdır, stabil qiymətləndirilir. Bütün zəruri tədbirlər görülür”.
Xatırladaq ki, bu gün Bakının Səməd Vurğun küçəsində baş vermiş silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıblar.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisində - Bakı Dövlət Sirkinin yaxınlığındakı “Görüş” restoranının qarşısında baş verib.
***
Bu gün günorta saatlarında Bakının mərkəzində atışma olub.
Azlist.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində - Bakı Dövlət Sirkinin yaxınlığındakı “Görüş” restoranının qarşısında baş verib.
Hadisə nəticəsində 2 nəfərin güllələndiyi və xəsarət aldığı bildirilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə yerində əməliyyat qrupu işləyir.
Faktla bağlı araşdırma aparılır.
Xəsarət alanların - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov olduğu qeyd edilib. Yaralılar xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, silahlı insidenti törədən şəxs artıq saxlanılıb:
"Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb".
Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmayıb.