Yazar

Makron getdi, Şolts gəldi...- Brüssel prosesində alman patronajlığı

Makron getdi, Şolts gəldi...- Brüssel prosesində alman patronajlığı
15Mart 202323:38

Qəzənfər Həmidoğlu

Ötən ilin sonunda “qış yuxusu”na gedən Brüssel prosesi Novruza doğru oyanmağa başlayıb.

Azərbaycan-Ermənistan sülh danışıqlarına Qərbin himayədarlığı - Brüssel prosesi ötən il oktyabrın 6-da Praqada İlham Əliyev, Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişelin ənənəvi formatına Emmanuel Makronun qoşulması ilə birillik fəaliyyətinin zirvəsinə çatmışdı. Lakin sonrakı 50 gündə format kəlləmayallaq getdi: Brüsseldə dekabrın 7-nə planlaşdırılan növbəti Əliyev-Paşinyan-Mişel görüşü “Makron faktoru” ucbatından alınmadı.

Makron-Paşinyan tandeminin “salto-mortale” gedişləri və Putinin manipulyasiyaları ilə Qərbin vasitəçilik təşəbbüsü az qala canını tapşırmaq həddinə çatdı. Parisin mövqeyi aşkar şəkildə Aİ-nin təşəbbüsünə kölgə salır, Rusiyanın əlini isə gücləndirirdi. Nəticədə sülh danışıqlarında “Vaşinqton variantı” buxarlanır, ortada “Putin variantı” qalırdı.

Rusiyanın yaratdığı əngəllərə rəğmən ABŞ-ın Dövlət katibi Entoni Blinken qışboyu əlləşdi və sülh danışıqlarına Qərbin patronajlığını reanimasiyadan çıxara bildi. Bir müddət səsi-səmiri eşidilməyən Şarl Mişel yenidən ortalığa çıxdı, Münhen konfransında Azərbaycan və Ermənistan liderləri ilə görüşdü. Tərəflər Brüssel prosesini dəstəklədiklərini bəyan etdilər.

Beləliklə, Brüssel prosesi davam edəcək, amma Fransasız. Parisi Berlin əvəz edəcək. Ermənistanın Baş nazirinin martın 2-də, Azərbaycan Prezidentinin martın 14-də Berlində Almaniya rəhbərləri ilə keçirdikləri ğörüşlərdən sonra bəlli oldu ki, Almaniya vasitəçi fəallığı və missiyasını genişləndirir. Avropa İttifaqının Ermənistanda mülki missiyasına (EUMA) da alman rəhbərlik edir.



Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Almaniya Kansleri Olaf Şolts Qarabağ məsələsində Almaniyanın yeni vasitəçilik rolunu belə təsbit etdi: “Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır. Almaniya burada təbii ki, öz dəstəyini göstərməyə hazırdır”.

Azərbaycan Prezidenti ilə görüşündə Berlinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer isə ümid edir ki, tezliklə Brüsseldə görüş keçiriləcək. Onun sözlərinə görə, Şarl Mişelin missiyasına hər iki tərəfin etimadı var. Prezident İlham Əliyev isə bildirdi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanma prosesini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin missiyasını, Brüssel sülh gündəliyini dəstəkləyir...

Makron getdi, Şolts gəldi. “Şıltaq bacılar”ın ayrılması – Paşinyanın israrına rəğmən Makronun patronajlığı altında dördtərəfli formata imkan verilməməsi, Almaniyaya klassik ermənipərəst ölkə kimi yanaşılmaması, Berlinin Paris kimi tərəfkeş olmayacağı ehtimalı və ən başlıcası Brüssel prosesinin xilası Azərbaycan-Ermənistan danışıqlarının davamı baxımından konstruktiv və pozitiv sayıla bilər.

Berlinin regionda vasitəçi statusunda irəli çıxması həm tərəflər, həm də alman diplomatları üçün yeni situasiyadır. Almaniya və Fransa Aİ-nin iki lider dövlətidir, bəzi fikir ayrılıqları və intriqalara rəğmən Parislə Berlin ortaq geosiyasi mövqe sərgiləyirlər. Makronun kanslerə təsirindən, Brüssel prosesində “Şolts layihəsi”nin Yelisey sarayının təşəbbüsü olmasından da danışmaq olar. Amma hələlik gözləyək, görək yeni Brüssel prosesi nə vaxt start götürəcək?

Müəllifin digər yazıları

Putinin ağzını açması niyə onun əleyhinə işlədi...

Putinin ağzını açması niyə onun əleyhinə işlədi...

Qəzənfər Həmidoğlu Əsrin Karfageni mütləq dağıdılmalıdır!Putin gərək ağzını bərk-bərk yumsun və heç açmasın. Adam ağzını açdıqca özünü daha dibə batırır. Ötən çərşənbə axşamı günü Kremldə 18 hərbi müxbirlə keçirdiyi görüş bir daha Rusiya liderinin nə qədə

İrəliləyiş var, amma sülh görünmür...

İrəliləyiş var, amma sülh görünmür...

Qəzənfər Həmidoğlu

Vaşinqton və Brüssel görüşlərindən sonra növbə Moskvaya çatdı. Bayramov və Mirzoyanla görüşən Lavrov yada saldı ki, Rusiya da “işin içindədir”. Mayın 1-dən başlayan üçplatformalı danışıqlar prosesinə artıq ilkin yekun vurmaq olar:

Vaşinqton,
Qarabağdakı rusiyalı yekəbaşların qanmazlığı…

Qarabağdakı rusiyalı yekəbaşların qanmazlığı…

Qəzənfər Həmidoğlu Rusiya Müdafiə Nazirliyi Rusiya “sülhməramlı” kontingentinin (RSK) Qarabağdakı fəaliyyəti ilə bağlı rəsmi saytında yerləşdirdiyi informasiya bülletenlərində yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etmək praktikasından

Artıq bütün yollar Xankəndiyə APARIR

Artıq bütün yollar Xankəndiyə APARIR

Qəzənfər Həmidoğlu

Mayın 10-da İkinci Qarabağ savaşında Zəfərin 2,5 ili tamam olacaq. Bundan 2,5 il sonrasa Rusiya sülhməramı kontingentinin (RSK) Qarabağda “sülhməramlı” missiyası başa çatmalıdır. Mümkündür ki, geosiyasi situasiya RSK-nı buralardan daha tez itilib getməyə

Erməni mifi - “vesternizasiya”

Erməni mifi - “vesternizasiya”

Qəzənfər Həmidoğlu

Paşinyanın Baydenin Demokratiya sammitinin bəyannaməsinin Rusiya əleyhinə olan bəndinə - rus qoşunlarının Ukraynadan çıxarılması tələbinə qoşulmaması Ermənistan hökumətinin Qərbyönümlü siyasətinin, “vesternizasiya” (qərbləşmə) addımlarının deklara