Dünya
Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürüldü
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) prezidentliyə namizədini rəsmi şəkildə elan edib.
Azlist.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Partiyanın parlament fraksiyası hazırkı prezident, AKP sədri Rəcəb Tayyib Ərdoğanı namizəd elan edib.
Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri eyni tarixdə - 14 mayda baş tutacaq.