Türkiyə prezidenti olmaq istəyənlərin siyahısı AÇIQLANDI
Türkiyənin Ali Seçki Komissiyası (Yüksek Seçim Kurulu) 14 may 2023-cü il tarixli prezident seçkilərində iştirak etmək istəyən 11 namizədin siyahısını yayımlayıb.
Azlist.az xəbər verir ki, qərar Türkiyənin "Rəsmi Qəzeti"ndə dərc olunub.
Bildirilib ki, Ali Seçki Komissiyası onların sənədlərini yoxlayıb və qərara gəlib ki, həmin şəxslərin mayın 14-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün qanuni əsasları var.
Martın 27-dək namizədlərin hər biri 100 min seçici imzası olan protokolları Ali Seçki Komissiyasına təqdim etməlidir.
Siyahıya namizədliyi seçicilərin imzası ilə irəli sürülən aşağıdakı şəxslər daxildir:
Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Məhəmməd Əli Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal, Yakup Türkal.
Qeyd edək ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “6-lı masa”nın vahid namizədi Kamal Kılıçdaroğlunun namizədliyi siyasi partiyalar tərəfindən irəli sürüləcək.