Türkiyə Ermənistana qalib gəldi
Futbol üzrə Türkiyə millisi “Avro-2024”ün seçmə mərhələsinə qələbə ilə başlayıb.
Azlist.az xəbər verir ki, Türkiyə millisi martın 25-də İrəvandakı Respublika Stadionunda Ermənistan yığmasının qonağı olub.
İspaniyalı baş hakim Xose Maria Sançesin idarə etdiyi oyunda hesab avtoqolla açılıb. Belə ki, 10-cu dəqiqədə türk futbolçu Ozan Kabak topu öz qapısından keçirib.
Qarılaşmanın 35-ci dəqiqəsində Orkun Kökçü hesabı bərabərləşdirib. Matçın birinci hissəsi 1:1 hesabı ilə yekunlaşıb.
İkinci hissəyə Türkiyə millisi daha fəal başlayıb. Matçın 64-cü dəqiqəsində türk yarımmüdafiəçi Kerem Aktürkoğlu hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, Türkiyə millisi Ermənistan yığmasını 2:1 hesabı ilə məğlub edib.
Türkiyə millisi növbəti oyununu martın 28-də doğma meydanda Xorvatiya seçməsinə qarşı keçirəcək.