Dünya
						
					Türkiyədə prezidentliyə namizədlər bəlli oldu – 4 nəfər
								Türkiyədə prezidentliyə namizəd olmaq istəyənlər üçün imzatoplama prosesi yekunlaşıb.
 
Azlist.az xəbər verir ki, mayın 14-də keçiriləcək seçkilərdə 4 namizəd prezidentlik uğrunda mübarizə aparacaq: 
Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu, Muharrem İncə və Sinan Oğan.
 
 Məmləkət Partiyasının sədri Muharrem İncə və ATA İttifaqının namizədi Sinan Oğan yetərli sayda - 100 min imza toplayıb.
 
 Prezident Rəcəb Tayyib Ərdoğanın və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliklərini isə partiyalar irəli sürüb.