Dünya
Şotlandiyanın yeni baş naziri müsəlman olacaq
Şotlandiyanın baş naziri Nikola Sterdjen Böyük Britaniya kralı III Çarlza istefası barədə rəsmi müraciət edib.
Azlist.az xəbər verir ki, Nikola Sterdjen bu barədə özünün tviter hesabında yazıb.
Martın 17-də Şotlandiya Milli Partiyasının yeni lideri elan olunan səhiyyə naziri Hamza Yusaf regional hökumətə başçılıq edəcək. O, səsvermənin ikinci turunda seçkilərdə iştirak edən 26 min partiya üzvünün (52,1 faiz) etimadını qazanıb. Hamza Yusaf bu gün keçirilən parlament səsverməsində formal olaraq baş nazir təyin ediləcək. O, martın 29-da and içərək Şotlandiyanın hökumət başçısı vəzifəsinin icrasına başlayacaq.
38 yaşlı Hamza Yusaf əslən pakistanlıdır.