Yazar

“Araz qırağında məzar istərəm”

“Araz qırağında məzar istərəm”
28Mart 202323:25

Qəzənfər Həmidoğlu

Füzuli Azərbaycan, bütünlükdə türk bədii fikri, dili və ruhunun möhtəşəm zirvəsidir, böyük Sabir demişkən, “bənzər bir qocaman dağa ki, dəryada durar”. Bu nəhəngi mollakratiya, fars millətçiliyi heç sevmədi, əksinə nifrət etdi.

Prinsipcə əhli-beyt aşiqi olan “Hədiqətüs süəda”nın müəllifini sevməmək, dəyərləndirməmək cəfəri doktrinasına zidd bir işdir və məzhəb örtüyü altındakı paniranizmin ksenofob mahiyyətini göstərir. Təsadüfi deyil ki, İranda Füzuliyə barbarcasına münasibət var və Təbrizdəki “Şairlər məqbərəsi”nə növbəti vandal hücum gözlənilir...

Füzuli ilə yanaşı Böyük Nizami və Şəhriyarın ucalığı da qocaman dağ kimi paniranist ideologiyaya əngəldir, ekspansionist fars plan və niyyətlərini əzir. 15-20 il əvvəl bir iranlı jurnalistlə bu mövzuda bir dialoqumuz olmuşdu. Urmu tərəfdən idi, əslən bizdən olsa da, kəsrəvisayaq ksenofil birisi idi. İranlılar Firdovsini-Hafizi sevərlər, Nizamini heç sevməzlər, amma Gəncəvinin fars şairi olduğunu iddia etməkdən də əl çəkməzlər. Adam soruşdu ki:

- Nizami bir misra belə türkcə yazmayıb, nədən Azərbaycan şairi sayılmalıdır?

- Şəhriyar da 35 yaşınadək Azərbaycan türkcəsində bir misra yazmamışdı. Amma anası Kövkəb xanım oğlunun farsca şeirlərini anlamadığını dedikdən sonra böyük şair səhvini başa düşdü və nəticədə milli, siyasi və təbii ki, poetik anlamda “Heydərbabaya salam” kimi möhtəşəm bir əsərə sahib olduq.

-Bu əhvalatın Nizamiyə nə dəxli var?

-Nizaminin anası dünyasını erkən dəyişib və macal tapmayıb ki, balasından ana dilində şeir istəsin, - kinayəli cavabla müsahibimi başımdan eləmək isədim.

Adam əl çəkmədi:

-Şəhriyar irançı olub, Tehrana baxıb.

- Bakıya “Kəbə” deyən şair başqa tərəfə, yad yana baxmaz...

Böyük Məhəmmədhüseyn Şəhriyarın uca ruhu şad olsun, şair Əbülfəzl Hüseyniyə həsr etdiyi “El bülbülü” əsəri müəzzəm mənəvi Xudafərindir – Güneylə Quzey arasında qırılmaz bağları yada salır, canlandırır və “alnımıza yazılan axır vəsl”ə çağırır:

Dünya "bu şahdı", "bu gəda" qanmayıb,

İndiyətək bir kəsə aldanmayıb,

Heç bir çıraq sübhə qədər yanmayıb.

Baş altımız gah alçaqdır, gah uca,

Ölüm baxmır bu cavandır, bu qoca.

Yaman günlər keçib-gedib itəndi,

Bir yaxşılıq muradına yetəndi,

O tay-bu tay fərqi yoxdu, vətəndi,

Orda burdan, yüz il sənət qabaqdı,

Kənd, gördüyün həman taxta-tabaqdı.

Ora bizim qızıl Kəbə Bakıdı,

Şanlı bakıçılar xaki-pakıdı,

İncəsənətlərin abü-xakıdı,

Orda hünər mədənlərtək qazılıb,

"Məşədi-İbad", "Arşın malçı" yazılıb.

Şanlı Rüstəm şeri gəlib çatıbdı,

İçki kimi əhvalımı qatıbdı,

Sanma təbim bəxtim kimi yatıbdı,

İstəmirəm gözləri yaşlandırım,

Közmələnən yaranı aşlandırım.

Yazıb, ölsəm, nə xalqı zar istərəm,

Nə qəbrimin üstə gülzar istərəm,

Araz qırağında məzar istərəm,

Açıq qoyun, gözüm o yarı görsün,

O sazlı, sözlü Şəhriyarı görsün.

Onda sən də atı minib çaparsan,

Öz haqquvu qurd ağzından qaparsan,

İtmişləri axtararsan, taparsan,

Alnımıza yazıblar axır vəsli,

Qayıdalım, tapalım axır əsli.

Müəllifin digər yazıları

Putinin ağzını açması niyə onun əleyhinə işlədi...

Putinin ağzını açması niyə onun əleyhinə işlədi...

Qəzənfər Həmidoğlu Əsrin Karfageni mütləq dağıdılmalıdır!Putin gərək ağzını bərk-bərk yumsun və heç açmasın. Adam ağzını açdıqca özünü daha dibə batırır. Ötən çərşənbə axşamı günü Kremldə 18 hərbi müxbirlə keçirdiyi görüş bir daha Rusiya liderinin nə qədə

İrəliləyiş var, amma sülh görünmür...

İrəliləyiş var, amma sülh görünmür...

Qəzənfər Həmidoğlu

Vaşinqton və Brüssel görüşlərindən sonra növbə Moskvaya çatdı. Bayramov və Mirzoyanla görüşən Lavrov yada saldı ki, Rusiya da “işin içindədir”. Mayın 1-dən başlayan üçplatformalı danışıqlar prosesinə artıq ilkin yekun vurmaq olar:

Vaşinqton,
Qarabağdakı rusiyalı yekəbaşların qanmazlığı…

Qarabağdakı rusiyalı yekəbaşların qanmazlığı…

Qəzənfər Həmidoğlu Rusiya Müdafiə Nazirliyi Rusiya “sülhməramlı” kontingentinin (RSK) Qarabağdakı fəaliyyəti ilə bağlı rəsmi saytında yerləşdirdiyi informasiya bülletenlərində yaşayış məntəqələrimizin adlarını uydurma erməni toponimləri ilə qeyd etmək praktikasından

Artıq bütün yollar Xankəndiyə APARIR

Artıq bütün yollar Xankəndiyə APARIR

Qəzənfər Həmidoğlu

Mayın 10-da İkinci Qarabağ savaşında Zəfərin 2,5 ili tamam olacaq. Bundan 2,5 il sonrasa Rusiya sülhməramı kontingentinin (RSK) Qarabağda “sülhməramlı” missiyası başa çatmalıdır. Mümkündür ki, geosiyasi situasiya RSK-nı buralardan daha tez itilib getməyə

Erməni mifi - “vesternizasiya”

Erməni mifi - “vesternizasiya”

Qəzənfər Həmidoğlu

Paşinyanın Baydenin Demokratiya sammitinin bəyannaməsinin Rusiya əleyhinə olan bəndinə - rus qoşunlarının Ukraynadan çıxarılması tələbinə qoşulmaması Ermənistan hökumətinin Qərbyönümlü siyasətinin, “vesternizasiya” (qərbləşmə) addımlarının deklara