Toplum

Naxçıvanda itən hərbçilərimizdən biri Ermənistanda saxlanıldı - YENİLƏNİB

Naxçıvanda itən hərbçilərimizdən biri Ermənistanda saxlanıldı - YENİLƏNİB
10Aprel 202313:37

Naxçıvanda itkin düşən 2 hərbçimizdən biri Ermənistan ərazisində saxlanılıb.

Azlist.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanlı hərbçinin Zəngəzur bölgəsindəki kəndlərdən birinin ərazisində saxlanıldığı bildirilir. Ermənilər onunla birgə olan digər azərbaycanlı hərbçinin axtarıldığını bəyan ediblər.

Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl iki hərbçimizin əlverişsiz hava şəraitində yolu azaraq itkin düşdüyünü bildirib.

***
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. 

Azlist.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.