Toplum

Həbsdə olan qazini vəzifəli şəxslər öldürüb - RƏSMİ

Həbsdə olan qazini vəzifəli şəxslər öldürüb - RƏSMİ
13Aprel 202313:30

Baş Prokurorluq məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı məlumat yayıb.

Azlist.az xəbər verir ki, Baş Prokurorluqdan bildirilib ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, Salyan rayon sakini, Vətən Müharibəsi iştirakçısı Sübhan Ağayev oğurluqda təqsirli bilinərək, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, fevralın əvvəlində Salyan rayonunda 5 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib, 28 fevral tarixində orada dünyasını dəyişib.

S.Ağayevin yaxınları tərəfindən sosial şəbəkədə yayılmış müraciətlərdə onun cəzaçəkmə müəssisəsində zorakılığa məruz qalma səsəbindən öldüyü bildirilib.