Dünya

Erməni deputat bayrağımızın yandırılmasına görə ÜZR İSTƏDİ

Erməni deputat bayrağımızın yandırılmasına görə ÜZR İSTƏDİ
15Aprel 202313:00

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının üzvü, deputat Hovik Ağazaryan İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına görə üzr istəyib.

Azlist.az xəbər verir ki, erməni deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların spesifik təzahürlərini tamamilə aradan qaldırmaq üçün əlimdən gələni etməmişəm. Ayıb olsun!”, - deyə iqtidar deputatı bildirib.

Qeyd edək ki, ötən gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb.