Toplum
Vahid Əhmədova töhmət verildi
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
Azlist.az xəbər verir ki, iclasda deputat Vahid Əhmədovla bağlı məsələyə baxılıb.
İclasın sonunda Vahid Əhmədova töhmət verilməsi qərara alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov bloger Mehman Hüseynova videomüsahibə verib. Onun Milli Məclis və deputatlarla bağlı səsləndirdiyi tənqidi fikirlər həmkarlarının etirazına səbəb olub.