Dünya

Putin və Zelenski görüşə bilərlər

Putin və Zelenski görüşə bilərlər
7Oktyabr 202221:47

Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski İndoneziyanın Bali şəhərində keçiriləcək G20 sammitinə getmək barədə razılığa gəliblər.

Azlist.az “The National”a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Husin Bagis bildirib.

Səfirin sözlərinə görə, indi noyabrda keçiriləcək sammitə ev sahibliyi edəcək İndoneziya iki prezidenti qəbul etməyə hazırlaşır. Xüsusilə, onların müxtəlif mehmanxanalarda yerləşdirilməsi məsələsi həll olunur, çünki sammit ərəfəsində əlavə gərginliyin qarşısını almaq lazım gələcək.

G20 sammitində mümkün görüş Putin və Zelenski arasında fevralın 24-də xüsusi hərbi əməliyyat başlayandan bəri ilk üzbəüz görüş olacaq.

"Biz G20-ni münaqişə deyil, sülh platformasına çevirmək istəyirik" – səfir deyib.