Dünya
İnce geri çəkildi - Türkiyədə prezidentliyə 3 namizəd qaldı
Türkiyədə Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İnce namizədliyini geri götürdüyünü elan edib.
Azlist.az xəbər verir ki, o, mayın 11-də qərarını ictimaiyyətə açıqlayıb.
M.İnce geri çəkilərkən digər prezidentliyə namizədlərdən kimi dəstəkləyəcəyini ifadə etməyib.
Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib.
Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb: “Cümhur” İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət” İttifaqının namizədi Kamal Kılıçdaroğlu və “ATA” İttifaqının namizədi Sinan Oğan…