Toplum

Qarabağ klubu Azərbaycan çempionu oldu

“Qarabağ” klubu Azərbaycan çempionu oldu
13May 202322:30

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünün qalibi olub.

Azlist.az xəbər verir ki, Ağdam təmsilçisi XXXIV turda “Səbail”ə səfərdə 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları rəsmiləşdirib. "Qarabağ"ın heyətində Ramil Şeydayev dubl edib, digər qolu Bəhlul Mustafazadə vurub.

Xallarının sayını 87-yə yüksəldən “Qarabağ” sona iki tur qalmış ən yaxın izləyicisi “Sabah” (77 xal) üçün əlçatmaz olub.

Beləliklə, “Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb. Buna qədər rekord 9 çempionluqla “Neftçi”yə məxsus olub.

“Sabah” cari mövsümü gümüş, “Neftçi” isə bürünc mükafatçı kimi başa vurmağı təmin edib. 

 

N Klublar O Q H M T-F X
1 Qarabağ 34 27 6 1 87-22 87
2 Sabah 33 24 5 4 71-23 77
3 Neftçi 33 18 7 8 58-36 61
4 Qəbələ 33 13 9 11 45-44 48
5 Zirə 34 12 10 12 42-46 46
6 Turan Tovuz 33 9 8 16 31-43 35
7 Kəpəz 34 6 12 16 32-58 30
8 Sumqayıt 33 7 7 19 24-62 28
9 Səbail 34 6 7 21 29-60 25
10 Şamaxı 33 4 11 18 25-50 23