Dünya

Türkiyədə prezident II turda seçiləcək - RƏSMİ

Türkiyədə prezident II turda seçiləcək - RƏSMİ
15May 202317:00

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. 

Azlist.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ali Seçki Şurasının (YSK) rəhbəri Ahmet Yener bildirib. 

Onun sözlərinə görə, prezidentliyə namizədlərdən heç biri 50%+1 səs toplaya bilmədiyinə görə,  mayın 28-də seçkilərin ikinci turu keçirləcək.

Beləliklə, namizədlərlə bağlı yekun nəticələr 28 mayda keçiriləcək ikinci turda bəlli olacaq. 

Qeyd edək ki, dünən Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. 

Ali Seçki Şurasının məlumatına görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb.

Seçkidən əvvəl namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə isə seçicilərin 0,44%-i səs verib.

İkinci turun seçki bülletenində R.T.Ərdoğanın adı birinci, K.Kılıçdaroğlunun adı ikinci olacaq.