Dünya

Paşinyanın oğlunu qaçıranlara cinayət işi açıldı

Paşinyanın oğlunu qaçıranlara cinayət işi açıldı
18May 202317:44

Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan onun oğurlanmasına cəhd edilməsi işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

Azıist.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan “Sputnik Armenia”ya bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. Hadisə ötən gün saat 15:00 radələrində qeydə alınıb.

"Oğulların harayı" adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşına mindiriblər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaçıb, bu zaman isə "Oğulların harayı" təşkilatının arxadan gələn digər avtomobili onu vurub. Ayağından yaralanan Aşot Paşinyan faktla bağlı polisə müraciət edib. Hadisə onun yaşadığı evin qarşısında qeydə alınıb.

Artıq Ermənistan İstintaq Komitəsi Nikol Paşinyanın oğlunun oğurlanmasına cəhdlə bağlı (adam oğurluğu maddəsi) cinayət işi açıb.

Paşinyanın oğlunun qaçırılmasında şübhəli bilinən erməni hərbçilərin valideynləri saxlanılıb.