Toplum

Naxçıvana üç prokuror təyin edildi

Naxçıvana üç prokuror təyin edildi
23May 202320:29

Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.

Azlist.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənan Paşayevbu təyinatadək Naxçıvan prokurorunun müavini vəzifəsində çalışıb.

O, daha əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olub. 

 ***

Naxçıvana hərbi prokuror da təyin edilib.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Belə ki, Naxçıvan hərbi prokuroru vəzifəsini icra edən Aqil Axundov həmin vəzifəyə təyin edilib.


***

Mayın 23-də Naxçıvan Muxtar Respublikası prokurorunun müavini də təyin edilib.

Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.

Xatırladaq ki, buna qədər Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini Vasif Talıbovun qardaşı icra edirdi.