Dünya

Türkiyə Milli Kəşfiyyat Təşkilatının yeni rəhbəri məlum oldu 

Türkiyə Milli Kəşfiyyat Təşkilatının yeni rəhbəri məlum oldu 
5İyun 202322:30

Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) yeni rəhbər təyin edilib.

Azlist.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə İbrahim Kalın bu vəzifəyə gətirilib.

Qeyd edək ki, bundan əvvəl təşkilata Hakan Fidan rəhbərlik edib. O, bir neçə gün öncə xarici işləri naziri təyin olunub.

İbrahim Kralın bu təyinatadək prezident Ərdoğanın sözçüsü olub.

 "Gözəl ölkəm üçün dayanmaq yoxdur, yola davam", - Kalın ilk açıqlamasında bildirib.