Dünya
Türkiyə parlamentinə yeni sədr SEÇİLDİ
Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib.
Azlist.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilir ki, bu vəzifəyə AKP və MHP-nin namizədi Numan Kurtulmuş seçilib.
O, səsvermənin ilk turunda deputatların 317-sinin səsini qazanıb. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb. Bu turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib.
Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.
Qeyd edək ki, spikerlik postuna 7 namizəd irəli sürülmüşdü.