Dünya
Ərdoğan Azərbaycana gələcək - Səfər vaxtı açıqlandı
Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə prezidenti seçildikdən sonra ilk rəsmi xaricə səfərini Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) edəcək.
Azlist.az xəbər verir ki, Ərdoğanın Şimali Kiprə səfərinin gələn həftənin çərşənbə axşamı baş tutacağı gözlənilir. Ərdoğanın Şimali Kiprdə Prezident Ersin Tatarla görüşəcəyi bildirilir.
Bir dövlət ənənəsi olaraq Türkiyədə prezidentlər seçilərkən ilk olaraq ŞKTC-yə gedirlər.
Türkiyənin nüfuzlu "Yeni Şafak" qəzetinin məlumatına görə, Ərdoğan ŞKTC-dən sonra, Azərbaycana səfərə gələcək.
Türkiyə lideri iyunun 13-də isə Azərbaycana səfər edəcək, Prezident İlham Əliyevlə görüşəcək.