Toplum

Deputat beynəlxalq tədbirdə erməni yalanını ifşa etdi

Deputat beynəlxalq tədbirdə erməni yalanını ifşa etdi
14İyun 202314:38

Mərakeş Krallığının Mərakeş şəhərində BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi ilə Mərakeş parlamenti və Parlamentlərarası İttifaq tərəfindən “Ortaq gələcəyimiz naminə birgə iş” mövzusunda konfrans təşkil olunub. 

Azlist.az xəbər verir ki, konfransda Ermənistanın nümayəndə heyəti öz “ənənələrinə” sadiq qalaraq Azərbaycanı Ermənistana qarşı aqressiyada günahlandırıb, həyasızcasına beynəlxalq məhkəmələrin Azərbaycanla bağlı qətnamə qəbul etməməsindən şikayətlənib.

Ermənistan nümayəndə heyətinin çıxışından sonra Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov söz alaraq Ermənistanın 30 il torpaqlarımızı işğalda saxladığını, 67 məscidimizi barbarcasına dağıtdığını, təkcə müsəlmanlara məxsus abidələri deyil, kilsələri də dağıtdığını bildirib. C.Məmmədov Azərbaycanın sülh istədiyini, Ermənistanın isə ölkəmizə düşmənçiliyi davam etdirdiyini vurğulayıb.

Beləliklə daha bir beynəlxalq mötəbər tədbirdə erməni yalanının qarşısı qətiyyətlə alınıb.