Dünya

Tanka 1000, təyyarəyə görə isə 3 min dollar mükafat

Tanka 1000, təyyarəyə görə isə 3 min dollar mükafat
16İyun 202322:30

Rusiya əsgərləri Ukrayna cəbhəsində pul qazanır

Britaniyanın “The Daily Mail” qəzeti yazır ki, Rusiya hərbçiləri məhv etdikləri hər Qərb istehsalı tanka görə mükafat alır.

Rusiya qoşunlarına Almaniya istehsalı olan “Leopard” tanklarını və "NATO ölkələri" tərəfindən təmin edilən hər hansı digər zirehli maşınların məhv üçün 930 funt sterlinq (min dollar) ödənilməsi təklif olunub.

Bazar günü müdafiə naziri Sergey Şoyqu Kiyevin əks-hücumunda istifadə olunan zirehli texnikanı məhv edən əsgərlərə “Rusiya Qəhrəmanı qızıl ulduz” medalı təqdim edərkən bu barədə xəbərlər yayılıb.

Britaniya nəşri bildirir ki, təxminən 16 ay əvvəl Putinin Ukraynaya təcavüzündən sonra 10 mindən çox rus hərbçisi mükafat alıb.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, mayın 31-dək Ukrayna və Qərb ölkələrinə məxsus 16 001 hərbi texnikanın məhv edilməsinə görə ümumilikdə 10 257 hərbçi mükafatlandırılıb.

Ruslar üçün düşmənin zirehli maşınının qiyməti 50 min rubl (467 funt), bir tankın qiyməti isə 100 min rubl (930 funt sterlinq) dəyərindədir.

Hərbi pilotlar və hava hücumundan müdafiə operatorları hər məhv edilmiş Ukrayna təyyarəsi və ya helikopteri üçün 300 min rubl (2800 funt sterlinq) alırlar.

“Toçka-U” və ABŞ tərəfindən təchiz edilmiş HIMARS raket sistemlərinə endirilən zərbələrə görə də eyni məbləğ ödənilir.

Mart ayında isə elan olunub ki, Ukraynada qazanılan hər kilometr torpaq üçün 530 funt-sterlinq mükafat veriləcək.

Elbəyi Həsənli, Sürix