Dünya

“Ukrayna Rusiyadan ən azı 10 dəfə çox itki verib”

“Ukrayna Rusiyadan ən azı 10 dəfə çox itki verib”
16İyun 202322:33

Vladimir Putin iddia edib ki, Ukraynanın əks-hücumda qələbə qazanmaq şansı yoxdur

Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda president Vladimir Putin bəyan edib ki, Ukraynanın hərb meydanında itkiləri Rusiya ilə müqayisədə 10 dəfədən də çoxdur.

Bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.

Prezidentin sözlərinə görə, bəzi Ukrayna bölmələri əks-hücum zamanı Rusiyanın cəbhə xəttinə çatsa da, geri qovulublar.

Vladimir Putin Ukraynanın əks-hücum zamanı 86 tank və 417 silahlı texnika itirdiyini iddia edərək, "onların itkiləri çox yüksəkdir, hətta Rusiya ordusunun itkiləri ilə müqayisədə birə on nisbətindən də çoxdur", - deyib.

“İnanıram ki, Ukrayna ordusunun uğur qazanmaq şansı yoxdur".

Müharibənin Tədqiqi İnstitutunun verdiyi məlumata görə, Ukrayna qoşunları əks-hücum zamanı cəbhə xətti boyunca ən azı üç istiqamətdə qələbə qazanıb.

Elbəyi Həsənli, Sürix