Dünya
İranın xarici işlər naziri Bakıya gəlir
İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Azərbaycana səfər edəcək.
Azlist.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Nasir Kənani bildirib.
Onun sözlərinə görə, Abdullahian Azərbaycana səfəri zamanı Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Bundan əlavə, Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcək.