Dünya
Mirziyoyevin yenidən prezident seçilməsi TƏSDİQLƏNDİ
![Mirziyoyevin yenidən prezident seçilməsi TƏSDİQLƏNDİ](https://azlist.az/uploads/news/2023/07/azlist.az_1689072409.jpg)
Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərində qalib gəlib.
Azlist.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası rəsmi məlumat yayıb.
Bildirilib ki, Şavkat Mirziyoyev 87.05% səslə yenidən prezident seçilib.
Qeyd edək ki, iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib.