Dünya
Mirziyoyevin yenidən prezident seçilməsi TƏSDİQLƏNDİ
Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərində qalib gəlib.
Azlist.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası rəsmi məlumat yayıb.
Bildirilib ki, Şavkat Mirziyoyev 87.05% səslə yenidən prezident seçilib.
Qeyd edək ki, iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib.