Toplum
Prezident Elçin Əmirbəyova yüksək vəzifə verdi
Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Azlist.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Elçin Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad olunub.
E.Əmirbəyov 6 yanvar 2010-cu ildən 23 iyun 2017-ci ilədək Azərbaycanın Fransada, eyni zamanda Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
24 iyun 2017-ci ildən 18 iyul 2023-cü illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.