Toplum

SOCAR-dan 5 vitse-prezident çıxarıldı - 7 yeni vitse-prezident təyin olundu

SOCAR-dan 5 vitse-prezident çıxarıldı - 7 yeni vitse-prezident təyin olundu
28İyul 202318:00

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezidentlər təyin edilib. 

Azlist.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamlarına əsasən, Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunublar.

Prezidentin imzaladığı digər sərəncamlarla Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov, Yaşar Aydın oğlu Lətifov və Süleyman Mehrəli oğlu Qasımov Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad olunublar.

Beləlikə, hazırda SOCAR-da prezident, 1-ci vitse-prezident və 11 vitse-prezident fəaliyyət göstərir.

Bunlar prezident Rövşən Nəcəf, 1-ci vitse-prezident Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Elşad Nəsirov, Kənan Nəcəfov, Rəfiqə Hüseynzadə, Zaur Qurbanov, Arzu Cavadova, İsmayıl Zərgərli, Ziba Mustafayeva, Babək Hüseynov, Əfqan İsayev, Anar Məmmədov və Fuad Musayevdir.