Toplum

Füzuli sakinlərinin doğma yurda qayıdışı başlayıb 

Füzuli sakinlərinin doğma yurda qayıdışı başlayıb 
21Avqust 202310:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Azlist.az xəbər verir ki, avqustun 21-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 68 nəfər köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 47 ailə, yəni 158 nəfərin daimi məskunlaşması təmin edilib.