“Vaqner”in rəhbəri Priqojin və onun “sağ əli” təyyarə qəzasında ÖLDÜ
Rusiyanın Tver vilayətinin Boloqovsk rayonunda “Embrair” biznes-jet təyyarəsi qəzaya uğrayıb.
Azlist.az xəbər verir ki, Rusiya FHN-in məlumatına görə, təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.
Rusiya mətbuatı təyyarənin “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus olduğunu bildirib.
Məlumata görə, qəzaya uğramış təyyarənin sərnişinləri siyahısında Yevgeni Priqojin də olub.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Təyyarənin göyərtəsində “Vaqner”in komandiri Dmitri Utkinin də olduğu bildirilir. Utkin Yevgeni Priqojinin “sağ əli” olub.
Y.Priqojinə məxsus olan təyyarə Moskvadan Sankt-Peterburqa uçurmuş.
Federal Hava Nəqliyyatı Agentliyinin xüsusi yaradılmış komissiyası araşdırmaya başlayıb. “Embraer”in qəzaya uğraması ilə bağlı təyyarənin istismarı qaydalarının pozulması maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi) cinayət işi başlanıb.