Dünya

Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub
10Oktyabr 202323:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Azlist.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, danışıq əsnasında iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatı, gərginliyin daha da artmasının qarşısının alınması və bölgədəki humanitar ehtiyacların qarşılanması üçün atıla biləcək addımları müzakirə ediblər.

Prezident Ərdoğan mülki yaşayış məntəqələrinin hədəf alınmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən müsbət qarşılanmadığını bildirib.

Türkiyə Prezidenti ölkəsinin bölgədə əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etməyə çalışacağını vurğulayıb.