Toplum

Vaqif Xaçaturyana 15 il həbs cəzası verildi

Vaqif Xaçaturyana 15 il həbs cəzası verildi
7Noyabr 202318:06

Qarabağın Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən erməni terrorçu Vaqif Xaçaturyana hökm oxunub.

Azlist.az xəbər verir ki, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda elan edilib.

Hökmə əsasən, Vaqif Xaçaturyan 15 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Vaqif Xaçaturyan ermənilərdən ibarət cinayətkar qurupun tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımıında iştirak edib.

Nəticədə ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 milyon 568 min 60 manat, dövlətə isə 130 min 800 manat məbləğində maddi ziyan vurulub.