Dünya

Böyük Britaniyanın Baş naziri istefa verdi

Böyük Britaniyanın Baş naziri istefa verdi
20Oktyabr 202218:50

Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də vəzifəsindən istefa verib.

Azlist.az xəbər verir ki, o, istefasının səbəbini belə açıqlayıb. 

"Mən ölkəmdə böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəlmişəm. Britaniyada aşağı iqtisadi artım var. Partiyam tərəfindən bunu dəyişdirmək mandatı ilə seçilmişəm. Vəziyyəti nəzərə alsaq, Mühafizəkarlar partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilməyəcəyimi etiraf edirəm".

Qeyd edək ki, Liz Trass cəmi 6 həftə Baş nazir vəzifəsini icra edib. İstefa qərarı ilə o, indiyədək Britaniyada ən qısa müddət hakimiyyətdə olan Baş nazir kimi tarixə düşüb.

Gələn həftə yeni Baş nazir seçkilərinin tarixi məlum olacaq. 

Müəllifin digər yazıları

Türkiyədə mədən qəzası: 41 ölüm

Türkiyədə mədən qəzası: 41 ölüm

Türkiyənin Amasra rayonundakı kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib. Azlist.az xəbər verir ki, cümə günü baş verən partlayış vaxtı mədəndə 110 nəfər olub.

Türkiyənin daxili işlər naziri Bartındakı şaxtadan 58 nəfərin xilas edildiy

Rusiya Ukraynanın şəhərlərini raketlə vurdu

Rusiya Ukraynanın şəhərlərini raketlə vurdu

Oktyabrın 10-da Rusiyanın Ukraynaya kütləvi raket hücumu nəticəsində azı 10 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.

Azlist.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat katibi Maryana Reva bildirib.

“Əgər söhbət bütün Ukraynadan gedirsə, Kiyevdə

Zelenski iki azərbaycanlını təltif etdi 

Zelenski iki azərbaycanlını təltif etdi 

Prezident Vladimir Zelenski Ukraynanın Rusiyaya qarşı apardığı müharibədə şücaət göstərmiş bir qrup hərbçini mükafatlandırıb.Azlist.az xəbər verir ki, prezidentin mükafatlandırdığı müdafiəçilər sırasında iki azərbaycanlı da var.Kiçik çavuş Azad Sultan oğlu