Dünya

Türkiyədə mədən qəzası: 41 ölüm

Türkiyədə mədən qəzası: 41 ölüm
16Oktyabr 202219:00

Türkiyənin Amasra rayonundakı kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.

Azlist.az xəbər verir ki, cümə günü baş verən partlayış vaxtı mədəndə 110 nəfər olub.

Türkiyənin daxili işlər naziri Bartındakı şaxtadan 58 nəfərin xilas edildiyini, 11 yaralının müalicə aldığını deyib.

Şənbə günü mədənə baş çəkən Prezident Rəcəb Tayyip Ərdoğan ölənlərin ailələri və yaxınlarına başsağlığı verib. O, həmçinin partlayışa görə məsuliyyət daşıyanların müəyyən olunacağını bildirib.

Partlayışın təxminən 300 metr dərinlikdə baş verdiyi güman edilir.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, 300-350 dərinliyindəki "riskli" zonada 49 nəfər işləyirmiş.

İlkin əlamətlərə görə, partlayışa səbəb yerin təkində toplanan metan qazının alovlanması ola bilər. 

 

Müəllifin digər yazıları

Böyük Britaniyanın Baş naziri istefa verdi

Böyük Britaniyanın Baş naziri istefa verdi

Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də vəzifəsindən istefa verib. Azlist.az xəbər verir ki, o, istefasının səbəbini belə açıqlayıb. 

"Mən ölkəmdə böyük iqtisadi və beynəlxalq qeyri-sabitlik dövründə vəzifəyə gəlmişəm. Britaniyada aşağı iqtisad

Rusiya Ukraynanın şəhərlərini raketlə vurdu

Rusiya Ukraynanın şəhərlərini raketlə vurdu

Oktyabrın 10-da Rusiyanın Ukraynaya kütləvi raket hücumu nəticəsində azı 10 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.

Azlist.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat katibi Maryana Reva bildirib.

“Əgər söhbət bütün Ukraynadan gedirsə, Kiyevdə

Zelenski iki azərbaycanlını təltif etdi 

Zelenski iki azərbaycanlını təltif etdi 

Prezident Vladimir Zelenski Ukraynanın Rusiyaya qarşı apardığı müharibədə şücaət göstərmiş bir qrup hərbçini mükafatlandırıb.Azlist.az xəbər verir ki, prezidentin mükafatlandırdığı müdafiəçilər sırasında iki azərbaycanlı da var.Kiçik çavuş Azad Sultan oğlu