Media
Bu il dünyada 70-dən çox jurnalist öldürülüb

Bu il dünyada 70-dən çox jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb.
Azlist.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş tviter hesabında yazıb.
Baş katib bildirib ki, media nümayəndələrinə qarşı törədilən cinayətlərin üstü açılmalıdır: “Biz cəzasızlığa son qoymalı və jurnalistlərə öz vacib işlərini yerinə yetirməyə imkan verməliyik”.
Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə bildirib ki, Emənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub.
Qeyd edilib ki, bununla bağlı ədalət təmin olunmalıdır.